Mədəniyyət

Əməkdar artist Adil Zeynalov vəfat edib

Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru, əməkdar artist Adil Zeynalov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bu barədə Analoq.az-a aktyorun ailə üzvləri məlumat verib.

A. Zeynalov dünən gecə Bakıda Topçubaşov adına xəstəxanada mədəaltı vəzin iltihabından dünyasını dəyişib. O, Lənkəranda “Böyük bazar” adlanan ərazidə dəfn ediləcək

Məlumat üçün bildirək ki,Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakultəsinə daxil olmuş və 1983-cü ildə bitirmişdir.

1977-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlamış və burada bir sıra rolları ifa etmiş, rejissor kimi tamaşalara quruluş vermişdir.

2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülmüşdür.

Allah rəhmət eləsin

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button