Mədəniyyət

21 Mart – Beynəlxalq Kuklaçılar Günüdür

21 Mart Beynəlxalq Kuklaçılar Gününün (İnternational Day of Puppetry) qeyd olunur.

Kuklaçılar gününün ideyası məşhur İran kukla teatrı xadimi Civad Zülfaqarihoya məxsusdur. 2000-ci ildə Maqdeburqda, Beynəlxalq Kukla Teatrı Xadimləri İttifaqının XVIII Konqresində o, bu məsələni müzakirəyə çıxarmışdır. İki ildən sonra UNİMA-nın Beynəlxalq Şurasının iclasında bayramın tarixi müəyyən olunmuşdur. Bütün dünyadan olan kuklaçıların bayramı ənənəsi 2000-ci ilin 21 martında yaranmışdır.
Məhz həmin gündən başlayaraq kukla teatrlarının bütün peşəkarları və pərəstişkarları tərəfindən Beynəlxalq Kuklaçı Günü qeyd olunur. Ənənəyə görə, həmin gün kukla teatrı və yaradıcı qruplarının əməkdaşları maraqlı kukla tamaşaları, görüşlər, konsertlər təşkil edirlər. Ölkəmizdə də kuklaların, kukla tamaşalarının yaranmasının öz tarixi vardır. Kuklalar səhnədə görünəndə həmişə bayram olur. Kukla tamaşaları uşaqlara xeyirxahlığı, yaxşıları dəyərləndirməyi və sevməyi öyrədir. Əgər kuklalar balacalar üçün bir oyun, əyləncədirsə, böyüklər üçün bir eyham, bir mesajdır. Oyuncaqlar, bir tərəfdən körpə üçün əyləncəli anlar yaradar, digər tərəfdən tərbiyəvi və çox təsirli vasitə kimi önəm daşıyar. Kukla oyunlarını üç tipə bölmək olar: kilimarası; kukla oyunu; kölgə oyunu. Kukla oyunu tamaşalarının eyni kökdən olan bir neçə forması var. Bunlardan ən geniş yayılanı “Bəbək”, “Keçəl pəhləvan”, “Maral oyunu”, “Kilimarası” qədim kukla oyunlarındandır. İllər ötdükcə mədəniyyətin hər bir sahəsi kimi kukla teatrı da inkişaf etmişdir. Xalqımız ta qədimdən, təbii vasitələrdən istifadə olunmaqla, kuklalar düzəltmiş, xalq oyunları təşkil etmişdir. Min illər boyu azərbaycanlıların yaşadıqları geniş ərazidə kukla oyunları da yayılmışdır. Bu oyunlar üçün kukla düzəldənləri oyuqçular adlandırıblar. Azərbaycanda körpə balaların kuklalarla əsas görüş ünvanı Abdulla Şaiq adına Kukla Teatrıdır.

Kukla Teatrında həm milli, həm də dünya xalqlarının nağıl qəhrəmanlarının iştirakı ilə “Turpun nağılı”, “Qoçaq Əhməd”, “Cik-Cik xanım”, “Ələddin”, “Cırtdan”, “Quşcuğaz”, “Göyçək Fatma”, “Qırmızı Papaq”, “Məlikməmməd” və başqa tamaşalar nümayiş olunur.

Turan Etibaroğlu
Analoq.az

Daha çox
Back to top button
Close