Mədəniyyət

Akademik Musiqili Teatr da ölkə başçısının xeyirxah təşəbbüsünə qoşuldu

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.

Teatrın mətbuat xidmətindən Analoq.az-a bildirilib ki, teatr rəhbərliyinin aylıq əmək haqqından könüllülük prinsipi əsasında ayırdığı vəsait ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

Turan Etibaroğlu
Analoq.az

Daha çox
Back to top button
Close