Mədəniyyət

Azərbaycanda Aprel döyüşlərindən bəhs edən film çəkilir

İctimai Televiziya və Radio Yayımları Şirkəti 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərə həsr olunan filmin çəkilişlərinə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən film “4 gün” adlanır.

Analoq.az xəbər verir ki, Batur Emin Akyelin rejissoru olduğu filmdə rolları İlqar Musayev,Tural Baxış,Rauf Şahsuvarov,Türkay Cəfərli,Qorqud Cəfər,Rüfət Nəzər,Rüfət Umudov ifa edirlər.

Filmin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılır. Filmin uğurlu alınması və döyüş reallığını olduğu kimi əks etdirmək üçün kütləvi səhnələrdə aktyorlarla yanaşı, hərbi qarnizonlarının zabit və əsgər heyəti də iştirak etmişdir.

Qeyd edək ki,filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir.Hazır olan ekran işi haqqında ətraflı məlumat ictimaiyyətə yaxın günlərdə açıqlanacaq.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button