KateqoriyasızMədəniyyət

İnklüziv Əsa Teatrı onlayn rejimə keçdi

Dünyada olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda tamaşaçılarının teatra olan marağını nəzərə alan ölkənin ilk inklüziv ƏSA Teatrı onlayn fəaliyyətə başlayaraq, #evdəbax kampaniyasına başlayıb.

Teatrın baş meneceri Nicat Qulamovun Analoq.az-a verdiyi məlumata görə, ƏSA Teatrı repertuarındakı bütün tamaşalarını onlayn nümayiş etdirəcək: “Dövlətimizin və aidiyyatı qurumların insanlara evdən çıxmamaları barəsindəki tövsiyələrinə dəstək məqsədi ilə ölkənin ilk inklüziv teatrı olaraq ƏSA Teatrı qərara alıb ki, insanların öz evlərində daha çox vaxt keçirdiyi bir zamanda tamaşalarımıza baxmalarına şərait yaradaraq, asudə vaxtlarının səmərəli keçməsində iştirak etsin. Buna görə də #evdəbax kampaniyasına başlayaraq, aprel ayının sonunadək facebook sosial şəbəkəsinin canlı yayımı vasitəsilə ƏSA Teatrının səhifəsində repertuarımıza daxil olan “Adamlar və siçanlar”, “Paris partladı”, “Göy quş”, “Nəsimi: Sirri-ənəlhəq” və “And” tamaşalarını martın 24-dən etibarən nümayiş etdirəcəyik.

Baş menecerin bildirdiyinə görə, tamaşaçılar ƏSA Teatrının tamaşa nümayişlərinin təqvim planı ilə teatrın rəsmi facebook səhifəsində tanış ola bilərlər. Tamaşaların nümayişi canlı yayım vasitəsilə olunduğundan, əvvəlcədən təyin olunmuş saatda baş tutacaq. ƏSA Teatrı digər teatrları və kütləvi tamaşaçı auditoriyası olan bütün sənət nümunələrini nümayiş etdirən yaradıcı şəxsləri də bu təşəbbüsə qoşulmağa dəvət edir. Bununla bağlı ƏSA Teatrı tərəfindən #evdəbax həştəqi yaradılıb.

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close