Aktual

Astarada narkomaniya niyə genişlənir ?

Demokratiya və İnsan Hüquqları Komitəsi Astarada “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” layihəsi üzrə növbəti təlim-seminar keçirib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinin maliyyə yardımı ilə baş tutub.

Tədbirə əsasən gənc icma nümayəndələri, rayonun icma və daxili işlər orqanları təmsilçiləri qatılıb. Tədbiri açan layihə üzrə təlimçi Ayxan Bağırov toplantı iştirakçılarına narkomaniyanın insan orqanizmində yaratdığı ağır fəsadlar haqqında bilgi verib: “Bəzən kimlərsə düşünür ki, bu bir keçici həvəsdir və “dost” çevrəsində narkotik vasitənin dadına baxmaqla narkomaniyaya yuvarlanmaq arasında ciddi fərq var. Əslində isə, bu dadına baxmaq, elə narkomaniyaya gedən yolun başlanğıcıdır. İnsan beynini dumanlandıran bu maddələr zamanla insan orqanizmində tələbat yaradır və insan sözün əsl mənasında həyatını bu dəhşətli bəlaya qurban verir. Bu təhlükə xüsusən məktəb yaşlı yeniyetmələr üçün faciəvi sonluğa gətirir. Onlar fiziki imkanlarını itirirlər, gücsüz, dağınız fikirli olurlar, yersiz hərəkətlərlə çevrədə antipatiya yaradırlar, məqsədsiz, faydasız bioloji varlığa çevrilirlər. Ona görə də bizim cəmiyyət olaraq borcumuz həm məktəbdə, həm də ailədə n əzarəti gücləndirmək və gənclərimizin bu bəlaya yuvarlanmasına imkan verməməkdir. Çünki narkomaniya elə bir bəladır ki, onda geridönüş faktiki mümkün deyil. Hətta insan bu yoldan dönsə belə həm orqanizmində onun sağalmaz yaralarını daşıyır, həm də icmanın etimadını itirdiyi üçün davamlı psixoloji basqı altında yaşayır. Ən yaxşısı, zamanında bu bəla ehtimalından uzaqlaşmaq, təkslifi verən şəxslərlə bağlı anonim də olsa, hüquq-mühafizə orqanlarına bilgi verməkdir”.
Təlimçilərdən Səadət Bənənyarlı isə narkotiklərlə bağlı cinayətlərin hüquqi tərəflərindən danışıb. O, bildirib ki, narkomaniyaya yuvarlanın şəxsi ağır cəza gözlədiyi kimi, həm cəza evindəki həyatı, həm də sonrakı reabilitasiyası sözün əsl mənasında ağır bir prosesdir: “Azərbaycan CM-də ağırlıq dərəcəsindən asılı olaraq narkotiklərin dövriyyəsi ilə bağlı cinaytələr üçün cəzalar var. Bəzən iddia edilir ki, bu cəzaları daha da sərtləşdirmək, məsələn, azyaşlıları cinayətə cəlb edən şəxslərə qarşı daha barışmaq olmaq gərəkdir. Bu təşəbbüslərin haqlı tərəflərin çoxdur. Çünki, Azərbaycanda son dönəmlərdə narkotiklərlə bağlı cinayətlər arzuolunmaz səviyyədə artıb və statistika gerçəkdən də narahatedicidir”.

Astara RPŞ nümayəndəsi Ceyhun Abdulov isə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin Astara rayonunda necə həyata keçirilməsindən danışıb. O, bildirib ki, İran ərazisindən Azərbaycana keçən narkotik vasitələrin bir hissəsi Astarada realizə olunur və bu rayonda arzuedilməs vəziyyət yaradıb: “Mübarizə intensive aparılır. Demək olar, hər gün narkotik dövriyyəsilə bağlı xəbərlər alınır, onlar işlənir, cinayətkarların saxlanması üçün tədbirlər görülür. Ancaq maarifləndirmə işini sürətləndirmədən, narkotikin insan həyatını necə məhv etməsi ilə bağlı xüsusən gənclər arasında təbliğat aparmadan mübarizəni tam saymaq olmaz. Təkrar cinayətləri törədənlərin sayında da artım var. Bu həm də onu göstərir ki, narkomaniya bəlasından qurtulmaq mümkün deyil. Bir dəfə əlini narkotik vasitəyə vuran şəxs, faktiki olaraq öz həyatını məhv edir”.

İcma nümayəndələri də bildiriblər ki, narkomaniya bölgənin, eləcə də Astaranın ciddi problemləri sırasındadır və vətəndaş cəmiyyətinin bu məsələdə aktivliyinə ehtiyac var. Gənclər bildiriblər ki, internet resurslarında marrifləndirici kampaniyalar aparmaqla bu məsələdə daya yaxşı nəticələr əldə etmək olar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button