Mədəniyyət

Gəncə Dövlət Dram Teatrının rəhbərliyi Koronovirusla Mübarizə məqsədilə dəstək aksiyasına qoşulub

Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımov Koronovirusla Mübarizə məqsədilə dəstək aksiyasına qoşulub.
Belə ki, rəhbərlik 1 (bir) aylıq əmək haqqını bu fonda ianə edib. Bu barədə Analoq.az saytına məlumat verən Əli Qasımov bildirib: “Ölkə ərazisində koronovirus infeksiyası ilə bağlı vəziyyət diqqət mərkəzində saxlanılır. Dünya, o cümlədən Azərbaycan ictimaiyyətini narahat edən bu xəstəliyin tezliklə aradan qalxması işinə yardım məqsədi ilə bu aksiyaya qoşuldum. Bu fonda maliyyə vəsaiti ilə yardım etmək prosesi hər birimizin vətəndaşlıq borcudur. Bütün dünya bu gün “Koronavirus” adı verilən “COVİD-19” pandemiyası ilə mübarizə aparır. Şükürlər olsun ki, dünyanın bir çox ölkəsindəki kütləvi yoluxma və ölüm halları ölkəmizdə yaşanmır. Lakin bu, bizə rahatlıq üçün bir əsas verə bilməz. Müvafiq dövlət qurumları sözügüdən pandemiyanın kütləvi şəkildə yayılmaması üçün var gücü ilə çalışır. Biz də bu pandemiya ilə mübarizəyə əlimizdən gələn maddi-mənəvi dəstəyi verməli, öz vətəndaşlıq borzumuzu layinqincə yerinə yetirməliyik”.

Turan Etibaroğlu
Analoq.az

Daha çox
Back to top button
Close