KateqoriyasızMədəniyyət

Dövlət Pantomima Teatrı da dövlətimizin başçısının xeyirxah təşəbbüsünə qoşulub

Dövlət Pantomima Teatrı bəşəriyyətin bəlasına çevrilən COVID-19 koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə nəcib tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.

Analoq.az xəbər verir ki, teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev və bədii rəhbəri, baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə də aksiyaya qoşularaq bir aylıq əməkhaqlarını ölkə başçısının müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Turan Etibaroğlu
Analoq.az

Daha çox
Back to top button
Close