KateqoriyasızMədəniyyət

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşlarının təşəbbüsü ilə ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərilməsi qərara alınıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Analoq-a bildiriblər ki, həmin məqsədlə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna işçilərin əməkhaqları hesabından 20 min manat vəsait köçürülüb.

Turan Etibaroğlu
Analoq

Daha çox
Back to top button
Close