Mədəniyyət

Xalq artisti Rauf Babayev dəfn olundu

“Qaya” vokal qrupunun solisti, Xalq artisti Rauf Babayev dəfn olunub.

Analoq-nun məlumatına görə, o, II Fəxri xiyabanda torpağa tapşırılıb.

Koronavirus təhlükəsi səbəbindən dəfn mərasimi mərhumun ailə üzvlərinin iştirakı ilə keçirilib.

Mədəniyyət Nazirliyi mədəniyyət, ictimaiyyət və mətbuat nümayəndələrinin karantin qaydalarına riayət etmələrini, dəfndə kütləvilik yaratmamağı tövsiyə edib.

Qeyd edək ki,Gökrəmli Jazz vokalçısı Rauf Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olmuşdur. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1961-ci ildən “Qaya” vokal instrumental qrupunun üzvü olmuşdur. 1995–2001-ci illərdə “Bəri bax” vokal qrupunun bədii rəhbəri işləmişdir. 2001-ci ildən “Qaya” Dövlət Ansamblının bədii rəhbəri idi. Bir çox xarici ölkələrdə qastrol səfərində olmuşdur.

Rauf Babayev 1978-ci ildə Azərbaycan SSR əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 2017-ci ildə “Şöhrət” ordeni almışdır.

Allah rəhmət eləsin!

Turan Etibaroğlu
Analoq.az

Fotolar APA.az və Day.az

Daha çox
Back to top button
Close