Mədəniyyət

Xalq artisti Rauf Babayev vəfat edib

Əfsanəvi “Qaya” vokal instrumental qrupunun üzvü, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri,Azərbaycan Respublikasının xalq artisti,”Şöhrət” ordenli Rauf Babayev 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki,Gökrəmli Jazz vokalçısı Rauf Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olmuşdur. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1961-ci ildən “Qaya” vokal instrumental qrupunun üzvü olmuşdur. 1995–2001-ci illərdə “Bəri bax” vokal qrupunun bədii rəhbəri işləmişdir. 2001-ci ildən “Qaya” Dövlət Ansamblının bədii rəhbəri idi. Bir çox xarici ölkələrdə qastrol səfərində olmuşdur.

Rauf Babayev 1978-ci ildə Azərbaycan SSR əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 2017-ci ildə “Şöhrət” ordeni almışdır.

Məlumat üçün bildirək ki,Mərhum bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacaq

Allah rəhmət eləsin

Turan Etibaroğlu
Analoq.az

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close