Mədəniyyət

İlham Əliyev Şəfiqə Məmmədovanı “Əmək” ordeni ilə təltif etdi

Ş.H.Məmmədovanın 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şəfiqə Haşım qızı Məmmədova 1 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2020-ci il.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button