Ölkə

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar artıb

Bu ilin I yarısında Azərbaycanda hava nəqliyyatı ilə 861 milyon 730 min ABŞ dolları dəyərində 51 min 419 ton yük daşınıb. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,2 % və 29,8 % çoxdur.

O cümlədən, 6 ay ərzində hava nəqliyyatı ilə 157 milyon 671 min ABŞ dolları dəyərində 46 min 161 ton yük ixrac olunub, 704 milyon 58 min ABŞ dolları dəyərində 5 min 258 ton yük idxal olunub.

Hesabat dövründə ixrac olunan yükün dəyəri 18 %, həcmi 32,2 %, idxal olunan yükün isə dəyəri 9,1 %, həcmi 9,4 % artıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button