Müsahibə

“Fövqəladə vəziyyət elan olunmalıdır” – hüquqşünas Mələkxanım Məmmədli

Tanınmış hüquqşünas, Ziyalılar Mərkəzi Ali Məclisinin üzvü Mələkxanım Məmmədli Analoq.az -a koronovirus və hazırki karantin vəziyyəti ilə bağlı müsahibə verib.

Mələkxanım xanım, Məlum olduğu kimi bu gün dünyada koronavirus pandemiyası yayılıb. Dövlətlər bu xəstəliklə mübarizə aparırlar. Bir hüquqşünas kimi ölkəmizdə bu xəstəliyə qarşı görülən tədbirlər qaneedicidirmi?

– Məlum məsələ ilə bağlı insanların təhlukəsizliyi üçün dövlətimiz tərəfindən tədbir görülsə də bəzi məmurlar bu vəziyyətdən sui – istifadə etməyə çalışırlar. Vətəndaşları bir – birinə vurmaq, qarşı qoymaqla yanaşı dövlətin gördüyü işləri də kölgədə qoymağa çalışırlar. Bildirim ki, bu ölkədə işsiz insanlar çoxdur, ən çox narahatedici məsələ də budur. İşsizlərə bağlı daha ədalətli və diqqətli olunmalıdır.

Sizcə işsiz insanlara yardım edilməklə bağlı narazı insanlar haqlıdırmı? Yəni görünən odur ki, çox ailələrə yardım düşmür. Sizdə bu qanunlardakı boşluqlardan irəli gəlir, yoxsa məmur yarıtmazlığından?

– Bəli haqlıdırlar. Çünki bu çətin gündə hər bir vətəndaşa və hər bir ailə üzvünə qaneedici yardım ayrılmalıdır. Qaldı ki, məmur məsələsinə: qeyd edim ki, məmurların iş yarıtmazlığı insanları, vətəndaşları daha ağır fəlakətə sürükləyəcək belə getsə. Çünki analar tanıyıram ki, uşaqlarına bir yavan çörək alıb yedizdirə bilmirlər. Artıq 20 gündən çoxdur ki, insanalar karantindədir, işsizdirlər, çox evdə artıq aclıqdır. Bəlkə də bəzi məmurlar bu vəziyyəti daha da ağırlaşdırmaqda məqsədləri vardır. Bu vəziyyətdən istifadə edən məmurlar tezliklə istefaya göndərilməlidir. Artıq ya dövlət büdcəsindən, ya da müvafiq fonda yığılan yardımdan insanlara qısa muddətdə yardım çatdırılmalədır.

Hazırda yardımın alınması üçün insanlara telefonla, kompüterlə internetə, sayta daxil olaraq dolaşıq bir prosedurdan keçməli olduqlarını deyirlər. Yaşlı, xəstə, interneti olmayan, hətta telefonu belə olmayan insanlar var ki, onlar məhrum olublar. Sizdə hüququ tapdanmış insanlar karantin bitəndən sonra pozulmuş hüquqlarına görə məhkəməyə müraciət edə bilərlərmi?

– Bəli, məhkəməyə müaricət edə bilərlər!

Görürük ki, vətəndaşların bayıra çıxmamaları üçün çağırışlar edilir, lakin buna çoxu məhəl qoymur. Virusa yoluxma halı isə ölkəmizdə artan tempdə davam edir. Sizdə karantin şərtlərini daha hansı formada sərtləşdirmək olar və əlavə hansı tədbirlər görülməlidir?

Mən əvvəldə bildirmişəm. fövqəladə vəziyyət elan olunmalıdır. Amma insanları ac qoymamaq şərti ilə. Qanunlar sərtləşməlidir. Elə insanların gündəlik tələbatları ödənilməlidir(qaz, işiq, qida və s.) mən inanıram ki, bundan sonra insanlar çölə çıxmaqdan imtina edə bilər. Əgər vətəndaş sosial cəhətdən normal təmin olunmasa belə olan halda heç kəs ac – acına bu qanunlara tabe olmayacaq.

Bir hüquqşünas olaraq xalqımıza bir çağırışınız, tövsiyyəniz varmı?

– Bəli, tövsiyyəm var. Həkimlərimiz və yaxınlarımız üçün evdə qalın, deyirəm.

Vüsal Lətifoğlu
Analoq.az

Daha çox
Back to top button
Close