Mədəniyyət

Aktyor Corc Kluni COVID-19 ilə mübarizəyə 1 milyon ABŞ dolları ayırdı

Amerikalı aktyor Corc Kluni və həyat yoldaşı Amal Kluni COVID-19 pandemiyasından zərər çəkənlərə yardım üçün 1 milyon ABŞ dollarından çox pul vəsaiti bağışlayıblar.

Analoq.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük Britaniyanın milli səhiyyə sisteminin ehtiyaclarına, Livandakı xeyriyyə qida fonduna və eləcə də İtaliyada COVID-19-dan ən çox zərər görmüş Lombardiya vilayətindəki xəstəxanalara 300 min ABŞ dolları verəcək.

Bundan əlavə 500 min ABŞ dolları “Motion Picture and Television” xeyriyyəçilik fonduna və amerikalı aktyorları birləşdirən həmkarlar təşkilatına, 250 min ABŞ dolları isə pandemiyadan zərər çəkmiş tibb işçilərinə, evsiz insanlara və yaşlı adamlara kömək edən “Los Angeles Mayors” fonduna ünvanlanacaq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button