Mədəniyyət

Muzeylərə virtual səyahət layihəsinin növbəti videotəqdimatı – Milli İncəsənət Muzeyi

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi üçün maraqlı layihəyə start verib. “Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaradacaqdır. Layihə çərçivəsində ilk virtual səyahət Heydər Əliyev Mərkəzində yerləşən muzeyə təşkil edilib.

Analoq.az xəbər verir ki, bu gün növbəti virtual səyahət incəsənət sahəsində aparıcı muzeylərdən olan Azərbaycan Milli İncəsənət Muzeyinə həsr olunub. Virtual tur zamanı izləyicilərə muzeyin kolleksiyasında qorunub saxlanılan bir sıra nadir eksponatlar nümayiş etdirilir, onlar haqqında ətraflı məlumat verilir.

Azərbaycanın bir sıra aparıcı muzeylərini əhatə edəcək bu layihə vətəndaşların və xüsusilə də gənclərin mənəvi cəhətdən zənginləşməsinə, fərdi inkişafına və biliklərini artırmasına xidmət edəcəkdir.

Turan Etibaroğlu
Analoq,az

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close