Mədəniyyət

Xalq artisti Murad Hüseynovun konserti nümayiş olunacaq

“Bizi birləşdirən mədəniyyət” verilişi Xalq artisti, professor, Beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynovun konsertini təqdim edəcək.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Mədəniyyət Nazirliyi və Mədəniyyət kanalının birgə layihəsi olan “Bizi birləşdirən mədəniyyət” verilişi 8 aprel saat 17:45-də Xalq artisti, professor, Beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynovun konsertini təqdim edəcək.

Latviyanın Dövlət Filarmoniyasının böyük konsert salonunda Latviyanın simli kvarteti ilə birgə baş tutan konsert proqramı Riqa şəhərində lentə alınıb.

Qeyd edək ki, layihədə BMM də yaxından iştirak edərək dəstək olur.

Analoq.az

Daha çox
Back to top button
Close