Müsahibə

Koronovirusun ikinci dalğası yenə də ilin sonunda, qışda başlaya bilər”-Politoloq

“Pandemiya bütövlükdə dünyada pik nöqtəsinə çatmayıb. Düzdür, bəzi ölkələrdə pik nöqtəni keçib. Məsələn, pandemiyanın yayıldığı Çində pik nöqtə geridə qalıb. Ancaq dünyanın əsas ölkələrində pik nöqtə hələ qabaqdadır. Ona görə də bu prosesə indidən hansısa qiymət vermək bir qədər çətindir”.

Analoq.az -ın xəbərinə görə, bunu politoloq Eldar Namazov deyib.

“Ancaq bir şey aydındır. XXI əsrdə bu altıncı epidemiyadır ki, biz görürük. Yəni, 2000-ci illərin əvvəllərindən 5 epidemiya artıq olub. Onun ikisi Çində başlayıb. Biri Səudiyyə Ərəbistanında, biri Meksikada, biri isə Afrikada meydana çıxıb.

Söhbət atipik pnevmoniyadan, quş qripindən, donuz qripindən, ebola virusunun yaratdığı epidemiyadan və Yaxın Şərq sindromu adlandırılan epidemiyadan gedir. 2000-ci ildən başlayaraq son 20 ildə bu artıq altıncı epidemiyadır.

Elə epidemiyalar var ki, bundan daha təhlükəli idi. Bəzilərində ölüm faizi 30, bəzilərində 50 faiz təşkil edirdi. Ancaq onlar çox sürətlə yayılmadılar. Yəni dünyada yoluxanların sayı minlərlə ölçülürdü, elə epidemiya olurdu, on min adam yoluxurdu, elə epidemiya olurdu ki, 40 min adam yoluxurdu. Ən böyük epidemiyada 400 min adam yoluxmuşdu. Amma indiki koronavirus epidemiyası onlardan fərqli olaraq, çox sürətlə yayılır və demək olar ki, artıq yoluxanların sayı başqa epidemiyalara nisbətdə 3-4 dəfə çoxdur. Bu proses hələ davam edir. Burada hətta mən deyərdim statistikaya da o qədər inanmaq olmur. Xüsusilə bəzi ölkələrdə. Biz bilirik ki, Qərb ölkələrində, məsələn Fransada, İtaliyada, İspaniyada, ABŞ-da statistika hər şeyi dəqiq göstərir. Amma elə ölkələr var ki, onlarda statistika ilə manipulyasiya etmək halları bir ənənəyə çevrilib.

Məsələn, bu günlərdə Rusiyanın Səhiyyə naziri elan etdi ki, onlar yeni test hazırlayıblar. Rusiyada istehsal edilən bu test ilk yoxlamada təsadüfən seçilən 200 adam üzərində keçirilib. Məlum olub ki, təsadüfən seçilən bu 200 nəfərdən 11 nəfəri koronairusa yoluxub. 200 adamdan 11 nəfəri təqribən 5 faiz deməkdir. Rusiyanın da əhalisi 140 milyondan artıqdır. Nazirin sözlərindən belə çıxır ki, hazırda Rusiyada potensial olaraq 7 milyona yaxın virusa yoluxan adam ola bilər. Amma statistikada bu göstərilmir. Ona görə də ki, testlər hələ geniş yayılmayıb. Əhalinin hələ çox az hissəsi bu testlərdən keçirilib.

Yəni dünyada koronavirusla bağlı gedən proseslərə qiymət verərkən, nəzərə almaq lazımdır ki, hələ statistik materiallar reallığı tam əks etdirmir. Bircə şey aydındır ki, bu virus yəqin ki, yay aylarına kimi davam edəcək. İsti aylarda, yay aylarında ola bilsin ki, bu səngisin. Ancaq yəqin ki, böyük ehtimalla onun ikinci dalğası yenə də ilin sonunda, qışda başlaya bilər. O vaxtadək alimlər buna qarşı vaksini istehsal edə bilsələr, onda ikinci dalğaya biz daha hazırlıqlı olarıq və vaksinasiya prosesini vaxtında həyata keçirə bilsək, ikinci dalğaya insanlar daha hazır ola bilrlər” – E.Namazov qeyd edib.Teleqraf.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button