Mədəniyyət

La Razon: Azərbaycan Bakıda İspaniyanın bayrağını proyeksiya edərək öz həmrəyliyini bildirir

İspaniyada çıxan gündəlik “La Razon” qəzetinin internet-portalında “Azərbaycan Bakıda İspaniyanın bayrağını proyeksiya edərək öz həmrəyliyini bildirir” sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, Heydər Əliyev Mərkəzi ispan musiqisinin müşayiəti ilə İspaniya Krallığının bayrağının videoproyeksiyasının təsvir edildiyi videonu öz “Instagram” profili vasitəsilə paylaşıb.

“La Razon” yazır: “Strastnaya Pyatnitsa” gününə keçən gecə Bakıdakı (Azərbaycan) Heydər Əliyev Mərkəzinin fasadı koronavirusdan zərər çəkmiş insanlarla həmrəylik və onlara dəstək əlaməti olaraq ispan musiqisinin müşayiəti ilə İspaniya Krallığının bayrağının rəngləri ilə işıqlandı”.

Qəzet diqqətə çatdırır ki, aprelin 3-dən başlayaraq hər axşam koronavirus pandemiyasının geniş yayıldığı ölkələrdən birinin milli musiqinin müşayiəti ilə həmin ölkənin bayrağı Heydər Əliyev Mərkəzinin binasına proyeksiya edilir. Beləliklə, Azərbaycan COVID-19 pandemiyasının yayılmasından ciddi zərər çəkmiş dövlətlərə və onların xalqlarına öz dəstəyini və ehtiramını ifadə edir.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Daha çox
Back to top button
Close