Cəmiyyət

PRİM “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin” yeni məkanı açılışı keçirildi- FOTOLAR + VİDEO

8 Sentyabr 2022-ci il tarixində, paytaxtımızın Zahid Xəlilov 48A ünvanında PRİM “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin” yeni məkan açılışı baş tutub.

Artiq 10 ildən çoxdur ki, fəaliyyət göstərən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin yaradılmasının əsas məqsədi ölkəmizdə autizmdən və digər sindromlardan əziyyət çəkən uşaqlara və onların valideynlərinə dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasına yardım etmək və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Bu gün hamimiz bilirik ki, Autizm sindromu dövrümüzun ən aktual psixoloji problemidir və autizm sindromlu uşaqlar dünyada olduğu kimi ölkəmizdə də çoxluq təşkil edir.

“PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzində autizm sindromundan əziyyət çəkən uşaqların müalicə və reabilitasiyasi məqsədi ilə bu gün dünyada özünü doğrultmuş müasir reabilitasiya metodlarından istifadə olunur.

Mərkəzdə RAM testləri ilə calışılır, AUTİZM, DAUN, ASPERGER, RETT sindromlarından əziyyət çəkən, həmçinin əqli inkişaf ləngiməsi, nitq qüsurlu uşaqlarların reabilitasiyasında psixoloji və biheviorial müalicə üsullarından, ABA terapiya, loqopedik məşğələlər, fərdi psixo korrektiv metodlardan istifadə edərək sensor inteqrasiya ve idman mesğələləri, art terapiya, refleksoloji, duyusal bütünləmə metodlari tətbiq edilerek qısa bir zamanda gözəl nəticələr əldə edilir.

“PRİM” fəaliyyət göstərdiyi bu illər ərzində 100-dək daun sindromlu uşaqlara, 1000-dən artıq autizmli uşaqlara dəstək olaraq böyük naliyyətlər eldə etmişdir. Bu uşaqlar arasında çox istedadlı və yaradıcılıq qabiliyyəti olan usaqlar da çox olduğu üçün mərkəzdə xüsüsi uşaqlar üçün yaradıcılıq dərnəkləri də təşkil olunub.

Eyni zamanda heç bir sindromu olmayan hər yaş qrupu uşaqlara, yeniyetmelerə, abituriyentlərə, tələbələrə və yetkin şəxslərə psixoloji reabilitasiya xidməti göstərilir, nevroz, depresiya, stress, panik atak, kəkələmə, təşviş, həyəcan, fobiyalar, yuxu pozuntuları, komplekslər, ünsiyyətdə çətinliklər və s. bu kimi problemlərin psixoterapiya yolu ilə aradan qaldırılır.

Həmçinin PRİM-də “Psixologiya”üzrə beynəlxalq sertifikatlı təlimlər də keçirilir.
Bu illər ərzində PRİM reabilitasiya Mərkəzi Azərbaycanda öz xeyirxah , vicdanli və professional fəaliyyəti ilə tanınmışdır.

“PRİM” Mərkəzi peşəkar və təcrübəli kollektivlə hər zaman yolunuzu gözləyir!

Analoq.az dəyərli dostlarımızı təbrik edir , fəaliyyətlərində uğurlar arzu edirik.

Analoq.qz

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button