Mədəniyyət

Azərbaycanlı pianoçu Nyu-Yorkda onlayn konsert verdi

ABŞ Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, tanınmış pianoçu, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarova konsert proqramı ilə çıxış edib.

“Report”un xüsusi müxbiri xəbər verir ki, hazırda Nyu-York şəhərində yaşayan həmvətənimizin konserti canlı olaraq Azərbaycan Diasporuna Dəstək Fondunun səhifəsindən baş tutub.

N.Əliyarova “Report” açıqlamasında bildirib ki, konsert proqramı koronavirus pandemiyasına görə kütləvi şəkildə karantində qalan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə yardım göstərmək və soydaşlarımızda yüksək əhval-ruhiyyə yaratmaq məqsədi daşıyırdı.

“Musiqinin insana ilham verdiyinə, mənfi düşüncələri aradan qaldırdığına ürəkdən inanıram. Bütün bu hissləri tamaşaçılara çatdırmaq üçün çox çalışdım, çünki bu gün bütün dünyanın ehtiyac duyduğu hisslər budur”, – o deyib

Sənətçi “Biz birlikdə güclüyük!” devizi altında keçirilən konsert proqramında Azərbaycan və dünya şöhrətli bəstəkarların əsərlərini ifa edib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button