Mədəniyyət

Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyində videokonfrans keçirilib

Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyində karantin rejimi şəraitində internet üzərindən müəssisənin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Tariyel Abbaslı videokonfransda dünyada yayılan pandemiya ilə əlaqədar olaraq müəssisənin öz işini elektron şəkildə davam etdirdiyini, əməkdaşların “Evdə qal” kompaniyası çərçivəsində virtual şəkildə fəaliyyət göstərdiyini qeyd edib.

Muzeyin fond müdiri Aytən Fətullayeva “facebook” səhifəsi vasitəsilə karantin başlanandan bəri 200-dən çox videoçarx, təqdimat və virtual səyahətlər təşkil edildiyi barədə məlumat verib. Vedokonfransda əməkdaşlar çıxış edərək mövcud şəraitdə görülən işlərdən danışıblar.

Muzeyin direktoru hər bir əməkdaşa konkret tapşırıqlar verib və karantin müddətində fəaliyyəti virtual şəkildə davam etdirməyin zəruriliyini bildirib.

Daha çox
Back to top button
Close