Mədəniyyət

Akademik Musiqili Teatrın yeni layihəsi – “Evdəsənmi?”

Ölkənin mədəniyyət ocaqları arasında hər zaman yeniliklərə imza atan Azərbaycan Dövlət Akademik Musiqili Teatrı koronavirus (COVID-19) infeksiyası səbəbindən tətbiq olunan xüsusi karantin rejimi günlərində daha bir​ layihəsi – “Evdəsənmi?” sorğusu ilə diqqəti çəkib.

Teatr rəhbərliyinin təşəbbüsü ilə​ həftəiçi, günün müəyyən saatlarında onlayn şəkildə (“Zoom” proqramı vasitəsilə) həyata keçirilən bu layihədə​ kollektiv üzvlərinə “Evdəsənmi?” sualı verilir. Əsas məqsəd isə mövcud şəraitdə onların​ Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələrə uyğun olaraq, evdə olub-olmadıqlarına nəzarət etməkdir.

Həmçinin videokonfranslarda teatr əməkdaşlarının evdə qaldıqları günlərdə yaradıcılıq fəaliyyətləri də müzakirə olunur, maraqlı təkliflər səsləndirilir.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev kollektiv üzvləri ilə hər görüşündə onları günün tələbinə uyğun davranmağa, hörmətli Prezidentimiz İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın həmrəylik çağırışına qoşulmağa səsləyir.

Kollektiv üzvləri isə hər zaman sevimli Prezidentlə və hər bir azərbaycanlıya əsil ana şəfqəti ilə yanaşan Mehriban xanımla birlikdə olmaqdan qürür duyduqlarını bildirirlər.
Teatrın artıq ənənəyə və iş prinsipinə çevrilən hər bir onlayn yığıncağının yekunu eyni çağırışla bitir: “Evdə qalın, Sağlam olun!”
#bizbirlikdəgüclüyük

Turan Etibaroğlu
Analoq.az

Daha çox
Back to top button
Close