Müsahibə

“Karantin rejimindən imtina edilməsi, həyatın bərpa olunması çətin olacaq”-DEPUTAT

“Düşünürəm, karantin rejimi mayın 4-dən sonra da davam edəcək. Digər ölkələrin təcrübəsindən istifadə olunmalıdır. Azərbaycanda yumşalmalar mərhələ-mərhələ gedəcək. Bu mərhələlər yaya qədər davam edəcək”.

Bunu açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

“Deputat qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı proqnoz vermək olduqca çətindir, ölkələr bir-birilərinə baxıb addım atırlar: “Karantin rejimindən imtina edilməsi, həyatın bərpa olunması çətin olacaq. Virus iqtisadiyyata böyük ziyan vurur. Strateji iş yerləri fəaliyyətini bərpa etməli, sosial məsafə saxlamaqla işlərini həyata keçirməlidirlər. Hələ bu məsələdə konkret qərar yoxdur. Milli Məclisin komitə iclasları onlayn rejimdə keçirilir, sənədlər də elektron verilir. Bu, bizim alışmadığımız məsələlərdir, çətinliklər yaradır. Digər bir məsələyə toxunum, ailə qalıb rayonda, Bakıda tək yaşayıram. Onlar Bakıya gələ bilmir, çalışacam, gətirim. Yəni deməyim odur ki, karantin rejimi hamının həyatına təsir edib. Koronavirus vacib məqamları da üzə çıxardı, intizamın nə dərəcə mühüm olduğu məlum oldu. Baxın, nə qədər insan işsiz kimi qeydiyyata alınmamışdı, bəziləri müqaviləsiz işləyirdilər. Bütün bunlar üzə çıxdı. Təbii ki, bu proses ölkəni silkələyib. Çətinliklər var, banklara krediti olan insanlar kifayət qədərdir, özümün və ailəmin də kredit borcu var. Bizə kredit borcu ilə bağlı yaranmış problemlərlə əlaqədar müraciətlər çox olur. Lombardlarla bağlı xüsusi müraciətim oldu. Vətəndaşlar iki aydır, işləmirlər, lombardlar faizi istəməməlidir. Əgər lombard sahibi ziyana düşərsə, dövlət dəstək verməlidir. Dövlətin dəstəyi olmadan bu işləri yoluna qoymaq çətin olar. Azərbaycanda lombardların fəaliyyəti ilə bağlı müfəssəl qanun yoxdur. Bunların hüquqi tənzimlənməsi mexanizmi olmalıdır”. (Pravda.az)

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button