Mədəniyyət

Bakı Uşaq və Gənclər Teatrı sayca dördüncü festivalını keçirəcək

Bakı Uşaq və Gənclər Teatrı monotamaşalar festivalı keçirməyi planlaşdırır. Bu “Bir teatr-bir festival” layihəsi çərçivəsində sayca dördüncü festival olacaq.

AZƏRTAC xəbər verir ki, “Bizim teatr – Monotamaşalar” adlandırılan festivalın karantin müddəti bitdikdən sonra keçirilməsi nəzərdə tutulur. “Evdə qal, teatrsız qalma” festivalın devizidir.

Festivalın keçirilməsində məqsəd hər bir aktyora öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.

Xatırladaq ki, Bakı Uşaq və Gənclər Teatrı 2011-ci ilin oktyabr ayında daxili monotamaşalar festivalı keçirib. Hazırda teatrın aktyorları İkinci Monotamaşalar Festivalı üçün öz tamaşasını hazırlayır.

Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb və aktyorlar dünya klassiklərindən tutmuş, müasir Azərbaycan ədəbiyyatına qədər müxtəlif əsərlərə müraciət ediblər. Festivala yalnız birinci mərhələdən (daxili baxışdan) keçən tamaşalar buraxılacaq.

Festivala hazırlıq dövrü karantin müddətində nəzərdə tutulub.

Festivalda iştirak etmək üçün teatrlara dəvət göndərilməsi planlaşdırılır.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button