Kriminal

Qubada yaşayış evi tamamilə yandı

Quba rayonunda yanğın olub.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Qam-qam kəndində, Elçin Məhəmməd oğlu Vəliyevə məxsus birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evində baş verib.

Belə ki, 6 nəfərlik ailənin yaşadığı ev əşyaları ilə birgə tam yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə yerinə gələn Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ailəyə hər cür yardım göstəriləcəyini bildirib.

Daha çox
Back to top button
Close