İdman

Teymur Rəcəbovdan ilk qələbə

Şahmat üzrə Millətlər Kuboku turnirində qrossmeyster Teymur Rəcəbov ilk qələbəsini qazanıb.

“Qafqazinfo” xəbər verir ki, azərbaycanlı qrossmeyster mübarizə apardığı dünya yığmasının heyətində günün ilk qarşılaşmasında – turnirin doqquzuncu turunda Vladislav Artyomova qalib gəlib. Onun komandası isə Rusiya yığması ilə qarşılaşmanı heç-heçə başa vurub. Turun digər görüşlərində Avropa yığması ABŞ millisinə, Çin komandası Hindistan seçməsi 2,5:1,5 hesabla qalib gəliblər.

Onuncu turda isə dünya yığması Avropa komandasını sınağa çəkəcək. Bundan başqa isə Rusiya-Hindistan, Çin-ABŞ görüşləri də keçiriləcək.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close