İdman

Avropa Liqası bu tarixdə başlaya bilər – Açıqlama

İspaniyanın “Xetafe” klubunun prezidenti Anhel Torres UEFA Avropa Liqası ilə bağlı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o, qitənin ikinci ən nüfuzlu klub turnirinin avqustun 2-də və ya 3-də başlayacağını deyib.

Klub prezidenti İtaliya “İnter”i ilə 1/8 final mərhələsində oynayacaqları qarşılaşmanı da boş tribunalar önündə keçirəcəklərini bildirib.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button