Köşə

“Cənab prezidentin rəhbərliyi ilə ölkə iqtisadiyyatı dəfələrlə inkişaf edib”-Tanınmış şair

Müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır. Əminliklə deyə bilərik ki, Azərbaycanın adını dünyada tanıdan, ölkəmizi zirvələrə qaldıran dövlət başçımız xalqın maraqlarını hər şeydən üstün tutur. O, öz vətəndaşlarına inanır, arxalanır və iş prinspini bunun üzərində qurur. Bu gün respublikamız beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir. Bu cür tədbirlərdə, eləcə də beynəlxalq təşkilatların tiribunalarında Prezident İlham Əliyev Azərbaycanın haqq səsini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimiayyətinin diqqətinə çatdırır”.Bu fikirləri Olaylar.az-a Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Anar Məcidzadə deyib.

O bildirib ki, bütün bunlar ölkə rəhbərimizinVətənə, xalqına, torpağına bağlığının təzahürüdür: ” Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatı dəfələrlə inkişaf edib, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 000,0 min manat, xərcləri 25 190 000,0 min manat təşkil edib. Xərclərin böyük hissəsi isə sosail yönümlü xərclərdir. Bu da ondan xəbər verir ki, dövlət başçımız hər bir azərbaycanlının daha yaxşı yaşamasını istəyir və bu istiqmaətdə məqsədyönlü siyasət həyata keçirir. Şəhid ailələrinin, müharibə veteranlarının və məcburi köçkünlərin mənzillərlə təmin edilməsi, onlara ayrılan aylıq vəsaitin dəfələrlə atırılması, əmək haqlarının qaldırlıması milli maraqlara əsaslanan siyasətin tərkib hissəsidir. Ölkəmizdə onlarla təhsil, səhiyyə, mədəniyyət, idman və dini ocaqların tikintisi və ya əsaslı təmiri Prezidentimizin bütün sahələrə diqqət və qayğı ilə yanaşmasının göstəricisidir”.

A.Məcidzadə qeyd edib ki, son 16 il ərzində müstəqil respublikamızda hərtərəfli inkişaf təmin edilib: “Mübağiləsiz deyə bilərik ki, Azərbaycan iqtisadi, sosial və hərbi gücünə görə regionun lider ölkəsinə çevrilib. Bütün bunlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Ali Baş Komandanımız İlham Əliyevin diqqət və qayğısından bəhrələnən, bu qayğıdan güc alan milli ordumuz 2016-ci ilin aprelində işğal altında olan torpaqlarımızın bir hissəsini, eləcə də strateji yüksəkliləri düşməndən azad etdi. Bu, İlham Əliyev cənablarının xalqımıza bəxş etdiyi qələbədir. Bu, İlham Əliyev siyasətinin qələbəsidir.Sözsüz ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan bir çox qələbələrə imza atacaq. Dövlət başçısı o vaxt şaslı olur ki, Onu xalq sevir. Dövlət başçısı o vaxt sevilir ki, o milli maraqlara əsaslanan siyasət həyyata keçirir. Şübhəsiz ki, Azərbaycan Prezidenti belə liderlərdəndir”.

Anar Məcizadə vurğulayıb ki, Azərbaycanın uğurlu inkişafında respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri danılmazdır: “Dövlət başçımızın ən yaxın və ən sadiq silahdaşı kimi Mehriban xanım bu gün ölkəmizin daha da inkişaf etməsi üçün var gücü ilə çalışmaqdadır. Beləliklə, cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Vətənmiz daha da inkişaf edərək, böyük uğurlara imza atacaq”.

Analoq.az

Daha çox
Back to top button
Close