Cəmiyyət

Deputat Əhliman Əmiraslanovun Moskvada “Anderson” restoranı üzə çıxdı

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat Əhliman Əmiraslanovun yeni biznesi üzə çıxıb. Reportyor.info xəbər verir ki, deputatın yeni obyekti nə Saatlı, nə Sabirabad, nə Kürdəmirdədir. Ə.Əmiraslanov xaricdə biznes quran məmurlardan geri qalmaq istəmədiyini göstərərək Moskvada “Anderson” adlı restoran açıb. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Çox maraqlıdır ki, Əmiraslanov restorana Skandinaviya soyadı olan bir isim verib – Anderson… Əmiraslanovun Andersonla nə kimi bağlılığı olduğunu təxmin etmək çox çətindir. Ola bilsin ki, bu ad onun xoşuna gəlib. C.Həsənlinin yaydığı məlumata şərh yazan Camal Hüseynzadə adlı biri Moskvada yerləşən bu restoranın çox baha olduğunu, özünün müştəri kimi ora getdiyini bildirib.

Analoq.az

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close