Gündəm

Sabiq nazir Nadir Əhmədov vəfat etdi

Azərbaycanın sabiq Rabitə naziri Nadir Əhmədov vəfat edib.

“Analoq.az” xəbər verir ki, bu barədə N.Əhmədovun yaxınları mətbuata məlumat verib. O, bu gün dünyasını dəyişib.

Qeyd edək ki,Nadir Alı oğlu Əhmədov 1940-cı ildə Şəkidə anadan olmuşdur. 1957-ci ildə orta məktəbi bitirmiş və Bakı Rabitə Texnikumuna daxil olmuşdur. 1960-cı ildə texnikumdan sonra, Bakı Telefon Şöbəkəsində montyor, texnik işləmişdir. Həmin ildə o, Odessa Rabitə İnstitutuna qəbul olmuşdur. 1965-ci ildə institutdan sonra Mərkəzi Telefon Qovşağında mühəndis vəzifəsinə və stansiya sexinin rəisi təyin edilmişdir.

1968-1970-ci illərdə hərbi xidmətdə olmuşdur. Ordudan sonra, 1970-1975-ci illərdə Bakı Şəhər Telefon Şəbəkəsi idarəsində stansiya xidmətinin rəisi və baş muhəndis, 1975-1985-ci illərdə rəis, 1985-1997-ci illərdə Azərbaycan Respublikası rabitə nazirinin muavini işləmişdir.

1997-2004-cu illərdə Azərbaycan Respublikasının rabitə naziri olmuşdur.

1979-87-ci illərdə Bakı şəhər Xalq Deputatlan Sovetinə deputat secilmişdir. Amerika Bioqraflar İnstitutu ( ABİ ) Nazirlərin İdarəedici Şurası Elektrik və Poçt Rabitəsi sahəsində əldə etdiyi uğurlara görə onu “21 -ci əsrin Dahiyanə Şəxsiyyəti”, ” Dünya xalqları Konqresinin ömürlük Senatoru” seçilmiş, “Dünyanın Qabaqcıl Ziyalıları”adlı 2002 – 2003 -cü il buraxılışına daxil edilir. 2005-çi ildə o,zamanda mənzil -qərargahı Nyu-Yorkda yerləşən Ümumdünya Sülh Federasiyasının SÜLH ELÇİSİ statusuna layiq görülmüşdür.

Dövlət və ictimai işlərdə xidmətlərinə görə «Şərəf nişanı» ordeni ilə təltif olunmuş, SSRİ Rabitə Nazirliyinin «Rabitə ustası» adına, Respublikanın «Əməkdar rabitəçisi» fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medala və xüsusi diploma layiq görülmüşdür; ABŞ-əı Bioqrafiyalar İnstitunun dünyada apardığı sorğuya əsasən Nadir Əhmədov «2001-ci ilin adamı» seçilmiş, 2002-ci ildə ABŞ-da aparılan digər sorğuya əsasən «Dünyanın qabaqcıl ziyalıları» tituluna layiq görülmüşdür.

N. Əhmədov KİV və Sosial Araşdırma Mərkəzləri tərəfindən 2000-ci ildə «İlin ən işgüzar dövlət məmuru», 2001-ci ildə «İlin ciddi siması», 2002-ci ildə «İlin naziri», 2003-cü ildə «İlin dövlət məmuru» və «Veteranların dostu» adına layiq görülmüşdür.

Allah rəhmət eləsin

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button