Dünya

Bayden İranı İsrailə hücum etməməyə çağırıb

İranın Suriyadakı səfirliyinin konsulluq bölməsinə İsrailin bu yaxınlarda endirdiyi zərbəyə cavab olaraq Tehran hərbi güc tətbiq etmək niyyətində olsa, bu, alınmayacaq. Bu bəyanatla ABŞ Prezidenti Cozef Bayden çıxış edib.

O, Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Biz İsraili dəstəkləyəcəyik, İsrailin müdafiəsinə kömək edəcəyik. İran isə buna nail olmayacaq”.

Eyni zamanda, Amerika lideri Tehranı hazırkı vəziyyətdə güc tətbiq etməməyə çağırıb. İndi İrana hansı mesajı göndərmək istərdiniz sualına Bayden “bunu etməyin” deyə cavab verib.report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button