Kriminal
Zərdabda 30 yaşlı kişi bıçaqlandı
Zərdabda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Məmmədqasımlı kəndində qeydə alınıb.
Kənd sakini, 30 yaşlı Eyvazov Sübhi Seyfəddin oğlu aralarında yaranan mübahisə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Əhmədov Cövdət Əhməd oğlu tərəfindən bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Zərdab rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]