Ölkə

Ağır durumda olan Zərdab rayon sakini ölkə başçısına müraciət ünvanladı -VİDEO

Zərdab rayonu Dəkkoba kənd sakini birinci qrup əlil Məmmədova Gülnar Mirnazim qızı on ildən artıqdır Abşeron rayonu Novxanı kəndində heç bir şəraiti olmayan daxmada yaşayır.

Dəfələrlə Zərdab rayon icra hakimiyyətinə,kənd bələdiyyəsinə yardım üçün müraciət etsə də ona və himayəsində olan üç uşağa heç bir yardım edilməyib.

Analoq.az-a müraciət edən Gülnar Məmmədova bildirib ki,Əlillik dərəcəsinı görə təyin olunan 250 manatla üç uşağın ehtiyaclarını eləcə də özünə lazım olan dərmanları ala bilmir.

O, Zərdab rayonu Dəkkoba kəndində balaca bir evinin olması üçün ölkə başçısı prezident İlham Əliyevə,Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya video müraciət ünvanlayıb.

050 307 85 09
Məmmədova Gülnar

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button