Mədəniyyət

“Avroviziya: Europe Shine A Light” mahnı şousunun şərhçisi Murad Arif olacaq

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya: Europe Shine A Light” mahnı şousunda şərhçisinin adını açıqlayıb

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızının AZƏRTAC-a verdiyi məlumata görə, “Avroviziya: Europe Shine A Light” adı altında mayın 16-da, Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif olacaq.

İki saatlıq konsert İctimai Televiziyanın efirində canlı şəkildə yayımlanacaq. Onlayn keçiriləcək musiqi şousuna təmsilçimiz Samirə Əfendi “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq.

Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də ötən ilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.

Xatırladaq ki, pandemiya səbəbi ilə ləğv edilmiş “Avroviziya 2020” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.

Qeyd edək ki, “Avroviziya 2021” mahnı müsabiqəsində Azərbaycanı yenidən Samirə Əfəndinin təmsil etməsi planlaşdırılır.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button