Rəsmi xronika

Azərbaycanda sosial yardımla bağlı QANUNDA DƏYİŞİKLİK

Azərbaycanda sosial yardımın təyin olunması müddəti 2 ildən 1 ilə endirilir.

Bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 8-ci maddəsinə (Sosial yardımın təyin olunması müddəti) dəyişiklik təklif edilir.

Dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.

Qanunun mövcud varinatında isə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin yaxın günlərdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.(Report)

Analoq.az

Daha çox
Back to top button
Close