Kriminal

20 manata görə adam bıçaqlayanlar saxlanıldı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə mayın 10-da Yasamal rayonu ərazisində baş verib.

Üç nəfər Bakı şəhər sakini O.Həsənovla mübahisə edib. Onlardan biri O.Həsənovun çiyin nahiyəsinə bıçaqla xəsarət yetirərək 20 manat pulunu alıb.O.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərilib.

28-ci Polis Bölməsinə daxil olan məlumat əsasında dərhal keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər – paytaxt sakinləri T.Yusubov və Z.Abbasov saxlanılıblar.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button