Kriminal

Bakıda əmisini bıçaqlayan şəxs tutuldu

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə mayın 11-i axşam saatlarında Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Sərdar Quliyev şəxşi mübahisə zəminində qardaşı oğlu İsrail Quliyev tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanasına yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəsini törətməkdə şübhəli bilinən İ.Quliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button