Kriminal

Kürdəmirdə hamilə qadını qaynı güllələdi

Kürdəmirdə hamilə qadını güllələyən şəxsin adı məlum olub.

“Report”un məlumatına görə, hadisə mayın 11-i saat 20 radələrində rayonun Sığırlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Ramo Mövlayev qardaşı arvadı, 2000-ci il təvəllüdlü Könül Mövlayevanı kustar üsulla hazırlanmış tüfənglə atəş açaraq güllələyib. Qadın Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən R.Mövlayev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilə olub.

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close