Cəmiyyət

Nizami rayonunda aztəminatlı ailələrin müayinə və müalicəsi təmin edilib

COVID-19 pandemiyasının davam etdiyi bir vaxtda dövlətin virusla mübarizə siyasətinə dəstək məqsədi ilə “Modern Hospital” Klinikası və millət vəkili Könül Nurullayevanın “Deputat qərargahı”nın birgə reallaşdırdığı aksiya çərçivəsində 10 gün ərzində çox sayda müraciətlər daxil olub.

“Report” xəbər verir ki, daxil olan müraciətlərin hər biri ayrı-ayrılıqda dəyərləndirilib və Nizami rayonunda yaşayan, qayğıya ehtiyacı olan 20-dən çox aztəminatlı ailənin ambulator-dinamik şəraitdə müayinəsi, eyni zamanda ehtiyac yarandığı hallarda ev şəraitində müalicəsinə köməklik edilib.

Bu proses “Modern Hospital” Klinikası və millət vəkili Könül Nurullayevanın “Deputat qərargahı”nın könüllülərinin iştirakı ilə təşkil olunub.

Qeyd edək ki, layihə EKQ, Kardioloji, USM (qaraciyər, böyrək, uroloji), Göz, Endokrionoloji, Qastroentoloji müayinələri əhatə edir. “Modern Hospital”la birgə reallaşdırılan layihə karantin dövrü bitənədək davam edəcək. Məqsəd pandemiya dövründə dövlətin həyata keçirdiyi kompleks tədbirlərə töhfə verməkdir.

Daha çox
Back to top button
Close