Cəmiyyət

Bakının mərkəzində ekoloji cinayət – FOTOFAKT

Son günlərdə Bakının bəzi mərkəzi küçələrində səkilər sökülərək bir hissəsində velosiped zolağı yaradılır. Bu ilk baxışda yaxşı bir iş olsa da, burada bəzi problemlər var. Əvvəla, velosipedlər nəqliyyat vasitəsidir və səkinin ortası ilə yox, küçə ilə hərəkət etməlidirlər. Əgər xüsusi zolaq çəkilməlidirsə, bu piyadaların hərəkət etdiyi səkinin ortası ilə yox, avtomobil yolunun kənarı ilə çəkilir.

İkincisi də, səkinin bir hissəsində bu zolaqlar çəkilərkən, yaşıllıq cərgəsi- ağacların arası naməlum səbəbdən asfaltlanır. Əslində naməlum səbəbdən də demək olmaz. Səbəb açıq-adın ortadadır- bir qarış da torpaq sahəsi saxlamamaq, ağacların tədricən qurumasını təmin etmək. Bu işi görən cinayətkarların müvafiq dövlət orqanları tərəfindən ciddi cəzalandırılması vacibdir.

Torpaq zolağının olmaması yağış sularının asfaltın üzəri ilə kanalizasiyaya yönəlməsini və ağacların su su qəbul etməməsini təmin edəcək. Üstəlik, şəhərin hər yerinin asfalt olması yayda Günəş şüalarının udulmamasına, asfaltda əks olunaraq qayıtmasını və tempraturun maksimuma çatmaasını təmin edir. Beləliklə, paytaxtın mərkəzində günün-günorta çağı belə ekoloji cinayətə yol verənlər ciddi şəkildə cəzalandırılmalıdır.

Təəssüf ki, işləri yalnız qrant alıb yeməkdən ibarət olan onlarla ekoloji təşkilatdan bircəsi belə bu cinayətlə bağlı etiraz bildirməyib. TvPress.Az bu məsələni ciddi nəzarətdə saxlayacaq/tvpress.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button