Araşdırma

Bir Qacar şairi: Ərdəşir mirzə Agah-Ənvər Çingizoğlunun araşdırması

Abbas mirzənin dоqquzuncu оğlu Ərdəşir mirzə 1809-cu ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Rüknəddövlə ləqəbini daşıyırdı. Atasının sağlığı dönəmində Gərrusa başçılıq etmişdi.

Ərdəşir mirzə Bəstam və Şahrud vilayətinin hakimi olmuşdu. Babası Fətəli şahın fərmanı ilə Qorqan vilayətinə dəyişilmişdi.

Ərdəşir mirzə qardaşı Məhəmməd mirzənin taxt-taca əyləşməsi üçün topxanayla paytaxta yollanmış, əmisi İsmayıl mirzəni məğlub etmişdi.

Ərdəşir mirzə Məhəmməd şahın əmri ilə türkmənlərə qarşı döyüşmüşdü. İran, 15 gün müddət ilə, iki savaş gəmisini, Ərdəşir mirzənin başçılığında Türkmən hücumlarına qaşı işlətmək üzrə, ruslardan ödünc istədi.( Edareye Enteşare Esnad, s. 91,103,106,116. Esande Revabete İran ve Rusiye Der Dorane Fetali şah və Mohemmed şahe Qacar, der. Fateme Qaziha, Tehran, Vezarete Umure Xarece, Merkeze Çap ve Entşarat, 2001, s. 217-218.)

Ruslar bu istəyi qabul edib, iki savaş gəmisini, Hüseynqulu körfəzinə göndərdilər. Daha gəmilər İrana varmadan, Qacar ordusu Ərdəşir mirzənin başçılığında Türkmənləri məğlubiyyətə uğratdı, və Xəzər bölgəsində əmniyyət yarandı. Bu şəkildə, rusların, bölgədə varlıqlarına da gərək qalmadı.

İran dövləti, Rusiyadan, gəmi və əsgərlərini, geri çağırmasını istədi. Ruslar, ingilis dəniz qüvvələrinin, Fars körfəzində Xark adasında olunduqlarını bəhanə edərək, geri dönmək istəmədilər. Beləcə Aşurada adası ilə ətrafındakı bütün çayları işğal etmiş oldular. (Edareye Enteşare Esnad, s. 91,109.)

Rusiya, Türkmən hücumlarını (Xəzərın cənub sahillərində) yatırmaq üçün bölgədə olduğunu önə sürürdü. Bu şəklidə, Rusiya Aşuradanı işğal etdi və Xəzərin cənubi-şərqi bölgələrini də ələ keçirdi. Türkmənlərlə əlaqə qurdu və İran dövlətinə qarşı anlaşma apardı. (Firudin Adəmiyət, Əmir Kəbir və İran, Tehran,, Xarəzm, 1998, s.36.)

Aşuradanı ələ keçirmək, ruslar üçün bir neçə yöndən önəm daşımaqdaydı. Aşuradanı işğal etmək, Orta Asiyadakı xalqları nüfuz altına almaq üçün önəmliydi. Bir yandan müstəmləkəçi hərəkətlərlə Hindistandan, Sistan və Bəlucistana qədər yayılan Britaniyaya qarşı, Aşurada, ruslar üçün, güvənli bir qərargah təşkil edirdi.

Rusiya ilə İran arasında, ticari gəmilərin, güvənli və nəzarətli bir biçimdə səfərlərinin aparılmasını təşkil etmək üçün Aşurada adası çox yaxşı bir nöqtədə yerləşirdi. Bu şəkildə, Rusiya, özü üçün çox önəmli və strateji olan bu adanı rahatlıqla ələ keçirmiş oldu.

1842-ci ildə ruslar Aşuradanı tam ələ keçirdilər.

Ərdəşir mirzə Herat səfərində iştirak etmişdi. Tehrana dönmüş, sonra Mazandaran əyalətinə təyin olunmuşdu.

Ərdəşir mirzə 1846-cı ildə Lurestanın, sonra Xuzestanın valisi təyin edilmişdi. 1850-ci ildə yenidən Mazandaran əyalətinə göndərilmişdi. 1853-cü ildə Tehrana yeni təyinatla bağlı dönmüşdü.

Ərdəşir mirzə 1856-ci ildən Cənubi Azərbaycanın valisi vəzifəsində çalışmışdı. 1859-cu ildə Gilan əyalətinə vali təyin edilmişdi.

Ərdəşir mirzə Rüknəddövlə şair idi. Agah təxəllüsü ilə şeir yazırdı. (Əzidüddövlə Əhməd, Tarixi Əzidi, Tehran, İntişarəti Babək, 1355, s.287) O, Məhəmməd şaha, Nasirəddin şaha, Mirzə Ağa xan Nuriyə şeir həsr etmişdi.

Ərdəşir mirzə Qovanlı-Qacar 1866-cı ildə vəfat edib.

Ərdəşir mirzənin törəmələri Ərdəşir-Rüknü soyadını daşıyırdılar.

Ərdəşir mirzənin iki oğlu, bir qızı vardı.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button