BannerCəmiyyət

Şuşaya yaralı çatan şəhid – ƏLİZADƏ XƏYAL

Əlizadə Xəyal Nəsrəddin oğlu 1995-ci il 2 iyun Ağstafa rayon Vurğun qəsəbəsində dünyaya göz açıb. 2002-ci il Ağstafa rayon Vurğun qəsəbəsində Habil Əzizov adına tam orta məktəbin 1-ci sinifinə daxil olub. İdmana böyük maraq göstərən Xəyal idmanla məşğul olmuş, müxtəlif idman növlərini öyrənmişdir.

Məktəb illərini aktiv keçirən Şəhidimiz oxuduğu məktəbi idman yarışlarında (əsasən , də books üzrə ) layiqincə təmsil etmişdir. Müəllimlərin sevimli,tərbiyəli nümunəvi şagirdi Əlizadə Xəyal 2013-cü ildə həmin məktəbin məzunu olub.

2013-cü il 5 oktyabr ayında Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırış alan Xəyal Lənkaran N hərbi hissədə xidmətə başlayıb .Hərbi xidmətdə olan zaman nümunəvi hərbi xidmət göstərdiyinə görə “Qumbara atan” vəzifəsinə təyin edilib .

2015-ci ildə xidmətini başa vuran Xəyal bir müddət idmanla məşğul olmuş və sonra satıcı işləyib .

Hər kəsin sevimlisinə çevrilən Xəyal 2-ci Qarabağ müharibəsində , 2020-ci sentyabrın 27-sindən etibarən döyüşlərdə könüllü iştirak edir .Tərtər uğrunda gedən qızğın döyüş zamanı sağ ayağından və kürəyindən qəlpə yarası alır, yaralanmasına baxmayaraq tibbi müayinədən imtina edərək ,yenidən döyüşə davam edib.Döyüş yoldaşları israr etsələr də , Xəyal geri dönmür, şəhidlik zirvəsinə addım-addım yaxınlaşırdı.

Döyüşünə Tərtər , Suqovuşan ,daha sonra Füzuli , Şuşa istiqamətində döyüşünü davam etdirir .Qorxmadan cəsarətlə vuruşa-vuruşa Şuşaya qədər irəliləyir .

Lakin bura onun son dayanacağı olur. 2020-ci il noyabr 9-un da ikinci dəfə namərd gülləsinə tuş gəlir .Bu dəfə ölümdən qurtuluş olmur.

Əlizadə Xəyal həmin yerdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır 11.10 2020 -ci ildə yaşadığı Vurğun kənd qəsəbə qəbirsanlığında dəfn edilib .

Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldlğı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020.-ci tarixli Sərəncamına əsasən Xəyal Əlizadə ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin və Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə prezident İlham Əliyevin 29 12.2020.-ci il tarixli sərəncamına əsasən Xəyal Əlizadəni ölümündən sonra “Suqovuşanın azad olunması görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət etsin.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button