Ölkə

Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev aprelin 3-də ölkəmizdə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Çin Xalq Respublikasının səfiri xanım Qo Min ilə görüşüb.

525.az-a Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Çin əlaqələrinin inkişaf dinamikasından məmnunluq ifadə edilib. Siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb.

Baş nazirin müavini Ş.Mustafayev ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə Çin səfiri Q.Minə təşəkkür edib, gələcək diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button