Cəmiyyət

Jurnalist: “Elnur Allahverdiyevə məxsus mağazadan 2 ədəd kondisioner almışam, hələ çatdırılmayıb”

Deputat Elnur Allahverdiyevə məxsus “Kontakt Home” mağazasından 2 ədəd kondisioner almışam. İki ay vaxt keçməsinə baxmayaq, kondisionerlər hələ də mənə çatdırılmayıb”.

“Analoq.az”-in xəbərinə görə, bunu jurnalist Anar Məmmədov deyib.

A.Məmmədov deputat Elnur Allahverdiyevə müraciət edərək qeyd edib: “Malı satarkən başqa qiymətə təqdim edirsiniz, alarkən isə ümumi məbləğin 5 faizini xidmət haqqı çıxırsınız. Üstəgəl, hələ kondisionerləri mənə çatdırmadan əvvəl ustalar gəlib boruları çəkib və məndən 400 manat alıb qaçıblar. Sizə şirkətinizin hansı oyunlardan çıxdığını başa sala bildim, yoxsa davam edim?”

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button