Ölkə

Meksika deputatları Azərbaycanın regionda atdığı addımları alqışlayıblar

Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Migel Anxel Navarrete Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpasının 31-ci ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinə ünvanladığı təbrik məktubunda ölkəmizin bu illər ərzində dünyada suveren və mütərəqqi bir ölkə kimi möhkəmləndiyi, Latın Amerikası regionundakı ölkələrlə, o cümlədən Meksika Birləşmiş Ştatları ilə əməkdaşlıq və dostluq əlaqələrini genişləndirdiyi qeyd olunub.

Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin aparılması, öz torpaqlarına təhlükəsiz və dinc qayıdışın təmin olunması, habelə regionda sülhün və sabitliyin bərqərar olunması istiqamətində göstərilən səylərin alqışlandığı vurğulanıb.

Məktubda həmçinin, vətənimizin suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət dilənilib, bütün Azərbaycan xalqına başsağlığı ifadə olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button