Ölkə

Baş Mühafizə İdarəsinin yeni rəisi Nurullah Məmmədxanlı təyin edildi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev vəzifədən azad edilib.

Analoq.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Y.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib./Qazet.az/

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 4]

Back to top button