Ölkə

RƏSMİ AÇIQLAMA -“Real TV” BAĞLANACAQ?

“MTRŞ-nın “REAL TV” ilə bağlı qərarı ilə əlaqədar çoxlu zənglər, suallar gəlir. Bəzi saytların əməkdaşları qərarı tam oxumadıqlarından və ya oxuduqlarından düzgün nəticə çıxara bilmədiklərindən bunu “REAL TV”nin guya bağlandığı barədə yalan xəbərlər yayırlar”.Analoq.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev “Facebook” səhifəsindəki paylaşımında deyib.

M.Ağayev MTRŞ-nın məlum qərarını xatırladaraq bildirib:

“Hazırda “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin ümum-ölkə televiziya yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilən 23 aprel 2019-cu il tarixli 197 qeydiyyat nömrəli lisenziyaya malik olduğunu, bu lisenziyanın da bütün yerüstü, kabel, peyk, İPTV operatorlarında yayımlanmaq hüququ verdiyini nəzərə alaraq, Şura “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə peyk yayımı üçün verdiyi 5 mart 2018-ci il tarixdə 186 qeydiyyat nömrəli lisenziyanın ləğv olunması haqqında qərar çıxarmışdır.

Yəni “REAL TV”yə 23 aprel 2019-cu il tarixdə verilən lisenziya həm də peyk yayımı üçün icazədir. İki lisenziya peyk yayımı hissəsində bir-birini təkrarladığı üçün onlardan daha məhdud olanı ləğv edilib. Bu isə o deməkdir ki, “REAL TV” həm yerüstü yayımda, həm də peyk yayımında fəaliyyətini davam etdirir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button