Yazarlar

“Allah -təala buyurur ki, insan nankordur”-Tanınmış ilahiyyatçı yazar

Allah-təala buyurur ki, sizə göndərilmiş bəlalarda həm də ibrət var. Yəni zahirdə bəla, müsibət kimi qəbul edilən hadisələr bəzən mahiyyət baxımdan müsbət nəticələr də verə bilir.

Quranda Allah təala buyurur ki, bəzi insanlar Allaha inanmazlar. Lakin dənizdə, gəmidə olduqları zaman tufan qalxıb gəmini çevirməyə başlayanda hamısı əl açıb Allahdan kömək istəyərlər və qırağa çıxan kimi yenidən fitnə-fəsad törədərlər. Məkkə surələrinin birində yenə Allah təala buyurur ki, insan nankordur. Yəni, Allah bəşəriyyəti bir azca silkələyən kimi, hamı mömin olur, hamı yaxşılıq edir.

Lakin bəla sovuşan kimi, yenə kişi kişi ilə evlənəcək, yenə Yəməndə körpələri qıracaqlar. Və Allah bundan daha betərini göndərəcək. İlahi kitablara görə bu virusdan sonra insanları iflic edən bir xəstəlik yaranacaq. Yəni, insanlar iflic olaraq ağızları, üzləri əyilib əcaib hala düşəcəklər…

Bəli, yardımlaşma, sədəqə vermə, səxavət göstərmə pandemiya yayılandan sonra vüsət aldı. Bu yaxşı haldır. Yəni Allahın qəzəbindən nəticə çıxaranlar oldu, deməkdir. Pandemiya mənəvi dəyərləri gücləndirdi. Məhz Allahın da məqsədi bu idi ki, zəifləmiş dəyərlər dirilsin. Məsələn, yardım edənlər indi elə bir adamın evinə, (daha doğrusu yaşadığı yuvaya) gedib çıxırlar ki, o adamlar illərdir unudulmuşdu, onlara bir tikə çörək verən, sevindirən yox idi.

Allah bu xəstəliyi endirməklə elələri üzə çıxdı, məlum oldu, yardım olundu. Göstərildi sosial şəbəkələrdə ki, harınlar ifşa olsun. Bax Allah buna görə endirib bu əzabı. Bu bəla göydən gəlib, bunun səbəbini yerdə axtarmaq lazım deyil.

İmam Əli buyurur ki, başınıza gəlməmiş başa düşənlərdən olun. Təəssüf ki, indiki dünya bədbəxtlik başına gəlməmiş haqqı başa düşmədi. İndi isə Allahın dediyi təsdiqini tapır.

Belə hadisələr, əksinə insanlar arasında mənəvi bağları bərkidir, məhəbbət yaradır. Əsas zahiri əlaqələrin olması deyil, əsas mənəvi bağların möhkəm olması şərtdir.

Tural İrfan
İslamşünas, yazar

Daha çox
Back to top button
Close