Siyasət

Ərdoğan Rusiyaya səfərə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının səfəri avqustun 5-də Rusiyanın Soçi şəhərinə planlaşdırılır. Türkiyə Prezidenti rəsmi səfər çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Qarşıdan gələn səfərin gündəliyinə Rusiyanın Ukraynadakı müharibəsi və regiondakı digər proseslər mövzuları daxildir.

Türkiyə və Rusiya prezidentlərinin “taxıl dəhlizi” ilə bağlı sazişin icrasını dəyərləndirəcəkləri gözlənilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button